Bakıda "Formula 1" həyəcanı - Final yarışı başladı | CANLI

   Bakıda "Formula 1" həyəcanı -    Final yarışı başladı | CANLI
  15 Sentyabr 2024    Oxunub:616
Bakıda "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində "Formula 1" üzrə final yarışları start götürüb.
AzVision.az xəbər verir ki, yarış Bakı vaxtı ilə saat 15:00-da başlayıb .

Dünən baş tutan sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci yeri tutub. İkinci yerə "McLaren"dən Oskar Piastri, üçüncü yerə isə Karlos Sayns layiq görülüb.

İlk beşliyi "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel tamamlayıb.

Bakı treki 20 döngə və 51 dövrədən ibarət olmaqla, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Burada ilk yarış 2016-cı ildə Avropa Qran-prisi adı altında keçirilib. Sonrakı illərdə isə turnir Azərbaycan Qran-prisi kimi təşkil olunub. Pandemiya səbəbindən 2020-ci ildə yarış keçirilməmişdi.

Hazırkı mövsümdə Maks Ferstappen 303 xalla pilotlar arasında liderdir. "McLaren"dən Lando Norris və "Ferrari"dən Şarl Lekler onu izləyir. Konstruktorlar kubokunda "Red Bull" birinci, "McLaren" ikinci, "Ferrari" isə üçüncü yerdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti